3 yeniyetmə maşından oğurluq edib

3 yeniyetmə maşından oğurluq edib
  25 Sentyabr 2018    Oxunub:2548
Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisində 1 avtomobildən 6000 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, anoloji hadisə Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən avqustun 24-də Mərdəkan qəsəbəsi ərazisində “Opel” markalı avtomobildən 60 manat və 1200 ABŞ dolları dəyərində qızıl saat oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti