Qadının başından vurub telefonunu apardılar

Qadının başından vurub telefonunu apardılar
  25 Sentyabr 2018    Oxunub:2803
Sentyabrın 24-də paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs həmin ərazidə yaşayan N.Rəşidovanın baş nahiyəsinə yumruqla vuraraq mobil telefonunu alıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Həsənov saxlanılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Soğunçuluq  





Xəbər lenti