Ağcabədidə ağır qəza: Ölən və yaralı var

Ağcabədidə ağır qəza: Ölən və yaralı var
  25 Sentyabr 2018    Oxunub:3385
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Rizvan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti