Salyanda ağır yol qəzası baş verib

Salyanda ağır yol qəzası baş verib
  26 Sentyabr 2018    Oxunub:4307
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Alçalı kəndində "MTZ" markalı traktor ilə “VAZ” markalı minik avtomobili toqquşub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti