Siyəzəndə 5 otaqlı ev yanıb

Siyəzəndə 5 otaqlı ev yanıb
  26 Sentyabr 2018    Oxunub:3136
Siyəzən rayonunda yanğın baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Siyəzəndə ümumi sahəsi 144 m2 olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın   Siyəzən  





Xəbər lenti