Azərbaycana maşınla gələnlərə "yaşıl işıq" yandırılır

Azərbaycana maşınla gələnlərə "yaşıl işıq" yandırılır
  26 Sentyabr 2018    Oxunub:2092
Gömrük qanunvericiliyində ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədə qalma müddəti ilə bağlı məhdudiyyətin ləğvi barədə təklif hazırlamışıq.

AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə deyib.
İdarə rəisi bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, ölkəni tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində geri qayıtmalıdır.

S.Muxtarov qeyd edib ki, turizmin inkişafına dəstək olmaq üçün bu müddətin ləğv edilməsi ilə bağlı gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub: “Bu məsələ ilə bağlı hökumətə təklif göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gömrük   Maşın  





Xəbər lenti