Sumqayıt şəhərində "KAMAZ" markalı yük avtomobilinin kabinası, mühərrik hissəsi və ön təkərləri yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.