"20 Yanvar"ın keçidi niyə bağlandı? - Yenilənib

Bu barədə AzVision.az-a "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edək ki, metro keçidinin hansı səbəbdən bağlaması barədə dəqiq məlumat yoxdur.
***
Bakı metrosunun "20 Yanvar" stansiyasının keçidlərindən biri bağlanıb.
AzVision.az xəbər verir ki, stansiyanın "Azərsu" ASC istiqamətindəki çıxışı məlum olmayan səbəbdən bağlanıb, əraziyə polis və FHN əməkdaşları cəlb olunub.
Sakinlər həmin yerdən içəri buraxılmır, girişin hansı səbəbdən bağlanması barədə heç bir məlumat verilməyib.
"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədovla AzVision.az-a bildirib ki, bağlanan keçid qurumun balansında deyil.
"“Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də problem yoxdur”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Metro