Azərbaycanda sabiq deputat vəfat edib

Azərbaycanda sabiq deputat vəfat edib
  27 Sentyabr 2018    Oxunub:3247
Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatı İbrahim Qafarov vəfat edib.
AzVision.az xəbər verir ki, bunu “Report”a açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, İbrahim Qafarov Sabirabad rayonunda dəfn edilib: “İbrahim Qafarov ictimai-siyasi xadim olub. Ailəsinə səbr diləyirik”.


Qeyd edək ki, İ.Qafarov 1995-ci ildə 83 saylı Sabirabad-Salyan seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilib.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər: Deputat  





Xəbər lenti