Sentyabrın 26-da saat 17 radələrində Salyan şəhərinin ərazisində şəhər sakini Hikmət Əliyevin idarə etdiyi “Mercedes” və Neftçala rayon sakini Rafət Həsənlinin idarə etdiyi “NİVA” markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə R.Həsənli hadisə yerində ölüb, sərnişinlərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.