Axtarışda olan keçmiş məhkum 13 evi yarıb

Axtarışda olan keçmiş məhkum 13 evi yarıb
  27 Sentyabr 2018    Oxunub:4485
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 25-dən cari il avqustun 30-dək olan müddətdə rayon ərazisindəki 13 evdən pul, rəsm əsəri, kombi aparatı, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Danıyev saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, onun Suraxanı RPİ tərəfindən Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti