Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs yaxalanıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü PB və Sabunçu RPİ 42-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 25-də Müsamir Qasımova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Həbib Hüseynov paytaxt ərazisində avtomobillə birgə saxlanılıb.