Gürcüstanda 21 yaşlı azərbaycanlı qız oteldə ölü tapılıb
Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.
Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir. (Report)
AzVision.az
Teqlər: