Həyətində narkotik əkən şəxslər saxlanılıb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş Zaur Məmmədovun evindən çəkisi 1 kiloqram 760 qram marixuana, habelə Tülü kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Biləcəri qəsəbə sakini Aynur Həsənovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
AzVision.az