Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 27-də saat 3 radələrində Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Hacıyev saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 3 həyətyanı sahədən su mühərrikləri oğurlaması da müəyyən edilib.