Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən əlavə 433 qr marixuana götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 4-cü Polis Bölməsi əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Heydərovdan 465 qram marixuana aşkar edilib.
Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Qocayevdən 445 qram marixuana götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.
AzVision.az