Sumqayıtda ağır qəza: Ölən və yaralılar var

Sumqayıtda ağır qəza: Ölən və yaralılar var
  01 Oktyabr 2018    Oxunub:2960
Sentyabrın 30-da saat 8 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Qubadlı rayon sakini Rövşən Həsənovun idarə etdiyi “Mercedes” (mikroavtobus) və Abşeron rayon sakini Qabil Məmmədovun idarə etdiyi “Mercedes” (yük) markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə R.Həsənov və sərnişinlərindən 60-65 yaşlı qadın hadisə yerində ölmüş, digər 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti