Çörək almaq üçün evdən çıxan oğlan itkin düşüb - VİDEO

Çörək almaq üçün evdən çıxan oğlan itkin düşüb - VİDEO
  02 Oktyabr 2018    Oxunub:4379
Bakı sakini, 1985-ci il təvəllüdlü Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, Vüsalın heç kəslə problemi və mübahisəsi olmayıb. Həmçinin onun heç kimə borcu yoxdur.

Vüsalın hara getdiyi məlum deyil. Bu günədək qohumları ilə birgə aparılan axtarışlar da nəticə verməyib.

Vüsal Osmanovun yoxa çıxması ilə bağlı polisə məlumat verilib. 8-ci polis bölməsi tərəfindən axtarışlar davam etdirilir. (Xəzər TV)



AzVision.az


Teqlər: Bakı   İtkin  





Xəbər lenti