Hava yağmursuz olacaq

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 2-3-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
AzVision.az