Binədə qəzaya düşənlərin vəziyyəti ağırdır - Yenilənib

Binədə qəzaya düşənlərin vəziyyəti ağırdır - Yenilənib
  02 Oktyabr 2018    Oxunub:4730
Ötən gün Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.
3 saylı Şəhər Kliniki Xəstəxananın baş həkimi Fikrət Zeynalov AzVision.az-a bildirib ki, hazırda xəstəxanada 12 nəfər qalb.

“Onlardan 5 nəfəri travmatologiya şöbəsində, 2 nəfəri uşaq travmatologiya şöbəsində, 5 nəfəri isə reanimasiyadadır. Reanimasiyada olan xəstələrdən 2 nəfərinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti stabildir”.

Klinik Tibbi Mərkəzdən AzVision.az-a verilən məlumata görə, hazırda xəstəxanada 4 nəfər müalicə alır: “Onlardan birinin böyrəyi çıxarılıb, vəziyyəti ağırdır. Həmçinin digər 3 xəstənin müalicəsi davam edir və onların da vəziyyəti ağır stabildir”.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olan 2 nəfərin də vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xəstəxana   Baş-Həkim  





Xəbər lenti