Naftalanda evdən 15 minlik qızıl oğurlanıb

Faktla bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri - əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər əməllərini etiraf etməklə bərabər ələ keçirdikləri “qənimətləri” də istintaqa təhvil veriblər.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bundan bir qədər əvvəl Ruslan Əsgərov Goranboy rayonunun Balakürd kəndində yaşayan bibisinin evində heç kim olmadığı və mənzildə xeyli miqdarda qızıl-zinət əşyasının olması barədə dostuna danışdıqdan sonra tərəflər həmin mənzildən oğurluq etməyi qərarlaşdırıblar və oradan 15 min manatlıq qızıl zinət əşyası, 1500 manat pulu ələ keçiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az