Ağstafada piyada ölümü

Ağstafada piyada ölümü
  02 Oktyabr 2018    Oxunub:3377
Oktyabrın 1-də saat 20 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisində Tovuz rayon sakini Rabil Rüstəmov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Samir Qurbanovu vurub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilənş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Piyada   DİN  





Xəbər lenti