Maşın oğruları saxlanılıb

Maşın oğruları saxlanılıb
  02 Oktyabr 2018    Oxunub:3374
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, oktyabrın 1-də saat 14 radələrində Quba şəhər sakini Veysəl Mirzəbəyovun “Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan nəqliyyat vasitəsi paytaxtın Nizami rayonu Q.Qarayev prospektində onu qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Pərviz Hüseynovla birgə saxlanılıb.

Həmin gün saat 13 radələrində isə Bakı şəhər sakini Yadigar Əkbərovun “VAZ-2106” markalı avtomobilinin Zirə qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə daxil olmuş məlumatla əlaqədar Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil qısa müddətdə qəsəbə ərazisində onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Avtomobil  





Xəbər lenti