"Azərsun"la bağlı səs yazısına aydınlıq gətirildi

Onun sözlərinə görə, məsələ ilə bağlı müvafiq qurumlara müraciət edilib və araşdırma aparılır: "Heç bir fakta, dəlilə əsaslanmadan bunu ediblər. Müəssisələrimizim qapıları istehlakçılarımızın üzünə hər zaman açıqdır. Onlar gəlib istehsal prosesləri ilə tanış ola bilərlər. Məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələrlə istehlakçılarımız arasında çaşqınlıq yaratma cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər tamamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır".
A.Səfərov əlavə edib: "Məhsullarımızın keyfiyyətinə əminik. Bu da çirkli yol tutan rəqiblərimizi qıcıqlandırır. İnanmıram ki, onların bu çirkli kampaniyasına etimad göstərilsin", -
Qeyd edək ki, "Azərsun" Holdinq məlum hadisədən sonra, istehsal şəraiti ilə yaxından tanış olmaları üçün bu gün jurnalistlərin Sumqayıt Yağ Fabrikinə səfərini təşkil edib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Azərsun