Ötən ay axtarışda olan 736 nəfər saxlanılıb

  02 Oktyabr 2018    Oxunub : 1826
Ötən ay axtarışda olan 736 nəfər saxlanılıb
Sentyabr ayında respublika üzrə 3064 cinayət faktı qeydə alınıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, sentyabr ayının 1-dən 30-dək axtarışda olduğuna görə 736 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 778 nəfər saxlanılıb.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: DİN   Cinayət   Axtarış