Sabah Bakının bu yerlərində su olmayacaq

Sabah Bakının bu yerlərində su olmayacaq
  03 Oktyabr 2018    Oxunub:2693
Oktyabrın 4-də Bakının bir sıra ərazilərində içməli su olmayacaq.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Xətai rayonu A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: İçməlisu  





Xəbər lenti