Tovuzda evli kişi xəyanətə görə yandırılıb? - Qardaşı danışdı

Tovuzda evli kişi xəyanətə görə yandırılıb? - Qardaşı danışdı
  04 Oktyabr 2018    Oxunub:4613
Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Qovlar qəsəbəsində 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlu öz qayını Ələkbərov Vüqar İman oğlu tərəfindən üzərinə benzin tökülərək yandırılıb. Hadisəyə səbəb kimi E.Ələkbərovun həyat yoldaşına başqa qadınla xəyanət etməsi göstərilir.
Yerli KİV-də yayılan məlumata görə, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və yeznə arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

Hadisə barədə AzVision.az-a danışan Mehman Ələkbərov qardaşı Elbrusun həyat yoldaşına xəyanət etmədiyini bildirib. Onun sözlərinə görə, qohumlar arasında dava ailə münaqişəsi zəminində baş verib.

“Hadisə barədə dəqiq məlumatım yoxdur. Biz qardaşımla ayrı evlərdə yaşayırıq. Yarım saat olar ki, hadisədən xəbər tutmuşam. Eşitdiyimə görə, qardaşımın yoldaşı dünən axşam saatlarında acıq edərək atasının evinə gedib. Onun qardaşı Vüqar gəlib Elburusun üstünə benzin töküb yanıb. Qardaşım xəstəxanadadır, onu hələ görə bilməmişəm. Vəziyyətinin pis olduğunu deyirlər".

M.Ələkbərov qardaşının başqa qadınla tutulması haqqında deyilənlərə də münasibət bildirib: "Qardaşım arvadına xəyanət edib evə qadın gətirə bilməzdi, çünki həmin evdə atam da olur. Onlar biryerdə yaşayırlar. Hadisə ailə münqaişəsi zəmnində başlayıb və belə faciə ilə nəticələnib”.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən E. Əlkbərovun vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerindən qaçan Vüqar Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tovuz   Cİnayət  





Xəbər lenti