Şəmkirdə narkotik əməliyyatı

Şəmkirdə narkotik əməliyyatı
  04 Oktyabr 2018    Oxunub:3353
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini Eynur Əliyevin yaşadığı rayonda narkotik maddələrin satışı, eyni zamanda kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzVision.az-a verilən məlumata görə, daxil olmuş məlumatın yerində yoxlanılması üçün Regional Şöbənin əməkdaşları Eynur Əliyevin Dəllər-Cəyir kəndindəki yaşadığı evə baxış keçiriblər. Aqronom mütəxəssislərin və hal şahidlərinin iştirakı ilə evin həyətində qurulan istixananın kənarında aqrotexniki qaydada yetişdirilən 11 ədəd çətənə kolu aşkarlanıb.

Əvvəllər məhkumluq həyatı yaşayan Eynur Əliyev saxlanılıb.

AzVision.az


Teqlər: Şəmkir   Narkotik   DİN  





Xəbər lenti