Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  05 Oktyabr 2018    Oxunub:3150
Sentyabrın 3-də saat 22 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bərdə rayon sakini İsmayıl İsmayılzadə vurulub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılzadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rizvan Xanvəliyev saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti