Göygöldə “Shacman” 2 nəfərin üzərinə aşıb

Göygöldə “Shacman” 2 nəfərin üzərinə aşıb
  06 Oktyabr 2018    Oxunub:3656
Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti