Bakıda sexdən 20 minlik qızıl oğurlanıb

Bakıda sexdən 20 minlik qızıl oğurlanıb
  06 Oktyabr 2018    Oxunub:3140
Bakıda zərgərlik sexlərinin birindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki qızıl əşyalarının təmiri sexlərinin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qızıl  



Xəbər lenti