Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  06 Oktyabr 2018    Oxunub:3078
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də rayon ərazisindəki evlərin birindən 450 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sübhan Muxtarov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalar zamanı S.Muxtarovun əlavə olaraq 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Cinayət  



Xəbər lenti