19 yaşlı qız özünü su kanalına ataraq intihar edib

19 yaşlı qız özünü su kanalına ataraq intihar edib
  07 Oktyabr 2018    Oxunub:4017
Bu gün saat 11:21-də, FHN-in “112” Zəng mərkəzindən,Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi-Məhərrəmli kəndi ərazisindən keçən hissəsində,suyun üzərində 1 nəfər qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, məlumat alındıqdan dərhal sonra xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilub.

Saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış, Zərdab rayonu, Şah-hüseynli kənd sakini,1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

AzVision.az




Teqlər: FHN   İntihar   Zərdab  





Xəbər lenti