DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan
AzVision.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İsmayıllı rayonu Göytəpə kənd sakini Pərviz Xalıqverdiyev saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 513, 84 qram qurudulmuş marixuana və 92, 85 qram narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.
AzVision.az