Maşından oğurluq edənlər saxlanılıb

Maşından oğurluq edənlər saxlanılıb
  08 Oktyabr 2018    Oxunub:3811
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də H.Mənsimovun “Mercedes” markalı avtomobilindən 2500 manatını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini Mirhəşim Seyidov saxlanılıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 3-də rayon sakini A.Salmanovanın “Nissan” markalı avtomobilindən 45 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elməddin Əmiraslanov saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti