Soyğunçuluq edən şəxslər saxlanılıb

Soyğunçuluq edən şəxslər saxlanılıb
  09 Oktyabr 2018    Oxunub:3009
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, ​Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə sentyabrın 27-də Bakı şəhər sakini V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasının açıq talama yolu ilə alnması, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının alınması barədə müraciətlər daxil olub.

​Məlumatlarla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. ​Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Rufullayev olduğu müəyyən edilib.

​Oktyabrın 7-də saat 1 radələrində Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edən şəxsin onun 142 manatını və mobil telefonunu alması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov olduqları müəyyən edilib. ​Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti