Qəbələdə yanan ərəblərdən ikisinin vəziyyəti ağırdır - Yenilənib

Qəbələdə yanan ərəblərdən ikisinin vəziyyəti ağırdır - Yenilənib
  09 Oktyabr 2018    Oxunub:3923
Qəbələ rayonunda yanan kirayə evdə xəsarət alan ərəblərdən ikisi Bakıya gətirilib.

Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Suriya vətəndaşı olan 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Qəbələ rayon Mərkəzi Xəstəxanasında olan digər 3 nəfərin isə müalicələri davam edir.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov AzVision.az-a bildirib ki, ərəb turistlərin vəziyyəti ağırdır.

“Bədənlərinin 35-40 faizi yanıb, dərin yaralardır. Tənəffüs yollarının yanığı da var. Hər ikisi ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, müalicələri davam edir”.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Qəbələ   Yanğın  





Xəbər lenti