Naxçıvanda 452 tələbə yataqxana ilə təmin olunub
Bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Birinci mərtəbədə oğlanlar və qızlara aid oxu zalı və istirahət otağı vardır. Yataqxananın qızdırılması üçün müasir tələblərə uyğun qazanxana quraşdırılıb. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəx, zirzəmidə isə camaşırxana fəaliyyət göstərir. Burada bir tələbə üçün yataqxananın aylıq qiyməti 30 manatdır. Yataqxanaya müraciət universitetə qəbul olan tələbələrin qeydiyyatı ilə başlayıb. Artıq yataqxananın qızlar üçün nəzərdə tutulan bütün otaqları tələbələrə verilib. Yataqxananın oğlanlar üçün nəzərdə tutulan otaqlarında isə 25 nəfərlik boş yer var.
“Naxçıvan” Universitetinin yataqxanası isə 2014-cü ildə istifadəyə verilib. Universitetin şəhərciyində yerləşən yataqxanada tələbələrin rahat yaşaması üçün ideal şərait yaradılıb, telefon və internetlə təmin edilib. Tələbələrin asudə vaxtının maraqlı və səmərəli təşkili ilə əlaqədar burada idman zalı və meydançalar fəaliyyət göstərir. Müasir standartlara uyğun tikilən yataqxanada tələbələrin akademik və sosial inkişafını təmin etmək məqsədilə oxu zalları istifadəyə verilib.
Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan yataqxana binasının hər mərtəbəsində mətbəx və tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət otağı yaradılıb. 282 yerlik yataqxanada 3 nəfərlik olmaqla 94, həmçinin qonaqlar üçün 2 nəfərlik olmaqla əlavə 8 otaq vardır. Bu yataqxanada da tələbələrin müraciəti onların universitetə ərizə qəbulu ilə başlayıb. Yataqxanaya müraciət edən tələbələrlə müqavilə də bağlanıb. Burada bir tələbə üçün aylıq ödəniş 35 manatdır. “Naxçıvan” Universitetinin yataqxanasında da kifayət qədər boş yer var.
AzVision.az
Teqlər: Naxçıvan Tələbə Yataqxana