Bakıda köşk yanıb, 3 nəfər liftdə qalıb

Bakıda köşk yanıb, 3 nəfər liftdə qalıb
  10 Oktyabr 2018    Oxunub:2561
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Yasamal rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Digər məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 2 m² olan taxtadan ibarət köşk yanıb. Yaxınlıqdakı bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Lift  





Xəbər lenti