İki maşını qaçıran 4 nəfər saxlanılıb
Cari il avqust ayının 2-dən oktyabr ayının 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin oğurlanması barədə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət daxil olub.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


