Zaqatalada qoca qadın intihar edib

Zaqatalada qoca qadın intihar edib
  12 Oktyabr 2018    Oxunub:2882
Zaqatala rayonunda qoca qadın intihar edib.
Hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Belə ki, kənd sakini, təxminən, 75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.

Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son həftə ərzində bu, Zaqatalada ikinci intihar hadisəsidir. (Report)

AzVision.az


Teqlər: Zaqatala   İntihar  





Xəbər lenti