Araq içib qonşusunun evini yardı

Araq içib qonşusunun evini yardı
  12 Oktyabr 2018    Oxunub:3559
Oktyabrın 7-də Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birindən oğurluq olması barədə RPŞ-yə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan AzVision.az-a verilən məlumata görə evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb.

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyən edilib.

Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti