Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  12 Oktyabr 2018    Oxunub:2694
Sentyabrın 27-də Ağcabədi rayon sakini Namaz Həziyev DİN-in “102-Zəng mərkəzi”ni yığaraq ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.
DİN Mətbuat Xidmətin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-də əməliyyat qrupu yaradılıb, araşdırmalar aparılıb. Araşdırmalarla evdən 1007 manat və 1 ədəd mobil telefon oğurlandığı məlum olub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkumluğu olan Akim Quliyev saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti