Kürdə balıq ovlayan şəxs saxlanıldı

Kürdə balıq ovlayan şəxs saxlanıldı
  12 Oktyabr 2018    Oxunub:2942
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Nazirlikdən AzVision.az-averilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti