3-cü sinif şagirdi özünü niyə öldürmək istədi? - Açıqlama

  12 Oktyabr 2018    Oxunub : 4738
3-cü sinif şagirdi özünü niyə öldürmək istədi? - Açıqlama
Bakıda özünü 3-cü mərtəbədən atmaq istəyən məktəblinin psixoloji durumunda, davranışında pozuqluq aşkar olunub.
Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, uşağın intihara cəhd etməsinin dinə heç bir aidiyyatı yoxdur.

“Onun hərəkətlərində nə ailəsinin təsiri var, nə də hansısa radikal dini çaların. Araşdırma zamanı sadəcə uşağın davranışında psixoloju pozuqluğun olduğu və bu cür hərəkət etdiyi məlum olub”.

Qeyd edək ki, 302 nömrəli tam orta məktəbin III sinif şagirdi özünü 3-cü mərtəbədən atmaq istəyib. Məktəbdən bildirilib ki, şagirdin dərsə dəvamiyyətinin yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.

Aytən Zəhra
AzVision.az

Teqlər: Komitə   İntihar