"Azərbaycan təhsilini bu qədər aşağılamaq olmaz" - Ziyafət Əsgərov

"Azərbaycan təhsilini bu qədər aşağılamaq olmaz" - Ziyafət Əsgərov
  12 Oktyabr 2018    Oxunub:1361
“Xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil. Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Bəyəm onlar xaricdə oxuyanlardan əksikdilər?”
AzVision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, xaricdəki universitetlərdə qeyri-adi təhsil vermirlər: “Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhslini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin, Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MM   Təhsil  





Xəbər lenti