Arif Əzizova prezidentin fərdi təqaüdü verilib

  12 Oktyabr 2018    Oxunub : 673
Arif Əzizova prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Arif Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasında tikinti və tarix-memarlıq abidələrinin bərpası sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Bəylər oğlu Əzizova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

AzVision.az

Teqlər: İlham-Əliyev   Sərəncam