Borca görə axtarışda olan 30 nəfər saxlanıldı

Borca görə axtarışda olan 30 nəfər saxlanıldı
  13 Oktyabr 2018    Oxunub:2757
Oktyabrın 12-dən 13-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti