Sürüşmənin dinamikasında aktivlik davam edir

Sürüşmənin dinamikasında aktivlik davam edir
  13 Oktyabr 2018    Oxunub:1701
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.
AzVision.az xəbər verir ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir.

"Sürüşmə kütləsini saxlamaq üçün 2013 cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur", - deyə nazirlikdən bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti