Sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən var

Sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən var
  13 Oktyabr 2018    Oxunub:3042
Oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a bildirilib ki, nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti